Bir neçə gün əvvəl Xırdalanda qadının attraksiondan yıxılaraq dünyasını dəyişməsi bu cür qurğulara nəzarət və təhlükəsizlik məsələlərini gündəmə gətirib.
BUTA.TV xəbər verir ki, övladları ilə birlikdə delfin şəkilli karuselə minən 36 yaşlı Minayə Nuriyevanın karuselin 2-ci qoşqusundan yıxıldığı bildirilir.
Bəs, 5 dəqiqəlik əyləncəni ölümə çevirən maşına necə nəzarət olunur?
Bu cür hadisələrin baş verməməsi üçün öncədən qabaqlayıcı tədbirlər görülürmü?
Atraksiona baxarkən vəziyyətin heç də ürəkaçan olmadığı qənaətinə gəlmək olar. Ancaq qurğunun nəzarətçisi Tural Yusifov hadisə zamanı təhlükəsizliklə bağlı bütün tədbirlərin görüldüyünü deyir.
Hadisə şahidləri və parka gələnlərin isə hadisə və attraksionlara nəzarətlə bağlı fikirləri müxtəlifdir.
Zərərçəkmiş tərəfin də fikirlərini öyrənmək üçün Minayə Nuriyevanın Xırdalan şəhər Səttar Bəhlulzadə küçəsində yerləşən evinə yollandıq. Qonşular bildirdilər ki, dəfn mərasimi ilə bağlı ailə hazırda rayonlardan birindədir.
Baş Prokuroqluqdan isə bildirildi ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət