Çin hazırda Rusiya Prezidenti Vladimir Putini əvəz edəcək iki şəxs üzərində dayanıb.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.
“Priqojin (“Vaqner” rəhbəri) və Zatulinin (Rusiya Dumasının deputatı) fəaliyyətində ən mühüm amil onların heç vaxt nüvə strategiyası ilə əlaqəsinin olmamasıdır. Birdən hər ikisi, xüsusən Priqojinin nüvə şantajı və ondan istifadənin qeyri-mümkünlüyü ilə bağlı savadlı çıxışlara başladı.
Mənə elə gəlir ki, bu tezislər tamam qeyri-üzvidir, onlar üçün qeyri-xarakterikdir və Mişustinin Çindən qayıdışından sonra kuratorları tərəfindən onlara təqdim edilib. Priqojin və Zatulin indi Çinin tələbini səsləndirir”, - deyə Piontkovski bildirib.
Qeyd edək ki, Priqojininin hakimiyyətə yönəlik tənqidlərindən sonra Zatulin də Rusiyanın Ukrayna savaşında heç bir hədəfinə çatmadığını bildirmişdi.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət