Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından BUTA.TV-a bildirilib ki, sərbəst güləş üzrə millimizin 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.
Dörd qızıl və üç bürünc medal əldə edən yığmamız medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, ən yaxın izləyicimiz olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Millimiz xal sistemi üzrə sıralamada isə 155 xalla ikinci yeri tutub.
Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Yusif Dursunov (110 kq), Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) komandamıza medal qazandırıblar.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır