Kreml sahibi Vladimir Putin qisasçıdır, düşmənlərini bağışlamır - keçmiş xəfiyyələr Litvinenkonun, Skripalın Londonda zəhərlənmələri, oliqarx Berezovskinin eyni şəhərdə müəmmalı ölümü buna sübutdur.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Priqojin Putinin imicinə daha ağır zərbə vurub. Kreml sahibi Priqojinin Rusiyanın iki şəhərini döyüşsüz təslim almasını, “Moskvaya gəlirəm” hədəsini səsləndirməsini, “Vaqner”in onlarla pilotun ölümüylə nəticələnən bir təyyarə, bir neçə helikopteri havada vurmasını unutmayacaq. Putin Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojini əfv etsə də, bu müvəqqəti xarakter daşıyır”, - o bildirib.
Politoloq vurğulayıb ki, Priqojinin ölüm hökmü artıq verilib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət