Gəncə şəhərində ər və arvad bıçaq xəsarətləri alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Ramin Rafiq oğlu İmanov bir müddət öncə boşandığı 1988-ci il təvəllüdlü Şəhla Bayramovla 10 gün əvvəl yenidən barışıb.
Tərəflər arasında yaranmış mübahisə zamanı qadın 10-dan çox bıçaq xəsarəti alıb. R.İmanovun həyat yoldaşına bıçaqla xəsarət yetirdikdən sonra özünə də xəsarət yetirdiyi bildirilir.
O döş qəfəsindən bıçaq xəsarəti alıb və hər ikisi xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.
Qeyd edək ki, cütlüyün 3 övladı var.
Faktla bağlı araşdırma davam etdirilir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət