“Tesla”nın qurucusu və Tvitterin sahibi İlon Mask “Forbes” jurnalının dünyanın ən varlı adamları reytinqində birinci yerə yüksəlib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat nəşrin saytında yerləşdirilib.
Maskın sərvəti 4,2 milyard dollar artıb və hazırda 240,7 milyard dollar qiymətləndirilir. LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arnault ikinci yerdədir, onun sərvəti 234,6 milyard dollar dəyərində qiymətləndirilir.
“Amazon” korporasiyasının qurucusu Ceff Bezos, “Oracle” korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellison, “Microsoft”un qurucusu Bill Qeyts planetin ən zəngin beş adamı siyahısını tamamlayır.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət