Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib.
Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib. Bildirilib ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “UZAZ-2023” təlimi "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən keçirilib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət