Növbəti mərhələyə adlamağa layiq idik.
BUTA.TV xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu 8-ci km stadionunda Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis ilk görüşdəki 2:2 hesablı bərabərliyin revanşında rəqibi üstələdikləri üçün sevincli olduğunu bildirib:
“Ağır oyun oldu. Hər iki matçı yaxşı keçirdik. Növbəti mərhələyə adlamağa layiq idik. Hər şeyə əvvəldən başlamışıq. Hara kimi irəliləyəcəyimizi bilmirəm”.
O, növbəti mərhələdə Türkiyə klubu “Beşiktaş”la qarşılaşmağın daha maraqlı olacağını düşünür: “Beşiktaş” çox güclü rəqibdir. Onlarla üz-üzə gəlsək, çox maraqlı iki görüş olacaq. Amma əvvəlcə çempionatın ilk turunun görüşünü düşünürük”.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır