Pakistanın Ravalpindi şəhərində Milli Aerokosmik Elm və Texnologiya Parkının (NASTP) rəsmi açılışı olub.
BUTA.TV xəbər verir ki, mərasimdə Pakistan Baş naziri Şahbaz Şərif və “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraqdar da iştirak ediblər.
Açılış proqramından sonra “Baykar” və NASTP arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni Səlcuk Bayraqdar və NASTP komandiri general-leytenant Qulam Abbas Qumman imzalayıb.
Səlcuq Bayraqdar həmçinin Pakistanın baş naziri Şahbaz Şərif, Baş Qərargah rəisi, general Seyid Asim Munir Əhməd Şah və Hərbi Hava Qüvvələri Komandanı, general Zaher Əhməd Babur Sidhu ilə də görüşlər keçirib.
Bildirilib ki, “Baykar” şirkəti Pakistanın aerokosmik sisteminə öz töhfəsini verməkdə davam edəcək. Beləliklə, Türkiyə ilə Pakistan arasında əsrlər boyu mövcud olan möhkəm bağlar yüksək texnologiya ilə daha da möhkəm şəkildə gələcəyə daşınacaq.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət