Rusiyanın məşhur musiqi qrupu “Little Big” İrəvandakı konsertini ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə qrup İnstaqram hesabında məlumat yayıb.
Məlumata görə, avqustun 12-i keçirilməli konsert təhlükəsizlik riski səbəbindən ləğv olunub. Belə ki, qrup nümayəndələrinin sözlərinə görə, konsertin təşkilatçıları tədbirin insidentsiz keçəcəyinə təminat verə bilməyiblər.
Biletlərin 14 gün ərzində müştərilərə qaytarılacağı bildirilib.
Qeyd edək ki, 2020-ci ildə Rusiyanı Avroviziya mahnı müsabiqəsində təmsil edən “Little Big” qrupu ötən il ölkəni tərk edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət