Rusiya donanması Türkiyə gəmisinə atəş açdı

23:54 - 13 Avqust 2023 - GÜNDƏM

 Rusiya donanması Türkiyə gəmisinə atəş açdı

Rusiyanın Müdafiə Nazirliyi Qara dənizdə xarici gəmini dayandırdığını açıqlayıb.

BUTA.TV xəbər verir ki, o, Odessa vilayətinin İzmail limanına gedib.

“Avqustun 13-də Qara dənizin cənub-qərb hissəsində Ukrayna limanına doğru hərəkət edən Palau bayrağı altında üzən “Şükrü Okan” yük gəmisi görünüb. Rusiya hərbi gəmisindən yük gəmisini dayandırmaq üçün avtomatik atıcı silahlardan qabaqlayıcı atəş açılıb”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, gəmi yoxlandıqdan sonra İzmail limanına doğru hərəkətini davam etdirib.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol