Finlandiya və Estoniya ildırım səbəbindən üç Rusiya təyyarəsini hava məkanlarına buraxıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Kalininqrad neytral suları üzərində uçuş həyata keçirən “Rusiya”, “Ural hava yolları” və “Severnıy Veter” aviaşirkətlərinə məxsus 3 təyyarə çətin hava şəraiti səbəbindən Finlandiya və Estoniya hava məkanlarına daxil olmaöa məcbur olublar”, - məlumatda qeyd olunub.
Məlumata görə, hər iki ölkənin aeronaviqasiya xidmətləri Hava Hərəkatı Təşkilatı ilə birlikdə rus təyyarələrinin təhlükəsiz hərəkətini təmin ediblər.
“Rosaviasiya” Finlandiya və Estoniyanın səlahiyyətli orqanlarına təşəkkür edib və lazım gələrsə, xarici təyyarələrin Rusiya hava məkanında təhlükəsiz keçidini təmin etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Finlandiya və Estoniya NATO üzvü ölkələridir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət