Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı Xankəndi şəhərində yerləşən separatçılardan biri, Birinci Qarabağ müharibəsində əli azərbaycanlıların qanına batan Samvel Babayan (özünü qondarma “vahid vətən partiyası”nın sədri kimi təqdim edir) yeni təkliflərlə çıxış edib.
BUTA.TV xəbər verir ki, o, “Azadlıq” radiosuna açıqlamasında Ağdam və Laçın yolunun eyni vaxtda açılmasını təklif edib.
Bununla bərabər, Babayan yolun açılması və 5-10 yük maşını yardımın gəlməsi ilə problemin həll edilməyəcəyini diqqətə çatdırıb. Babayan deyib ki, paket həll üçün təkliflər təqdim edilməli, o cümlədən Qarabağı taleyi və “status”nun necə olacağı aydınlaşmalıdır.
O, Bakının bu təkliflərə razılaşacağına inandığını deyib.
Babayan əlavə edib ki, üzərində işlədiyi 20-yə yaxın bənddən ibarət təkliflərini ictimaiyyətə açıqlayacaq.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət