Ermənistan və BƏƏ arasında iki ölkə vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı protokol imzalanıb.
BUTA.TV xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Vaan Kostanyan X hesabında məlumat yayıb.
“Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın BƏƏ-yə rəsmi səfəri Ermənistan və BƏƏ vətəndaşları üçün vizasız rejim haqqında sazişin imzalanması ilə əlamətdar olub. Əvvəllər viza rejiminin liberallaşdırılması yalnız diplomatik pasport sahibləri üçün keçərli olub. İndi protokola əsasən, viza tələblərinin ləğvi ümumi pasportlu vətəndaşlara da şamil olunacaq”, - məlumatda bildirilib.
Qeyd olunur ki, protokol hər iki ölkə bütün daxili prosedurları yerinə yetirdikdən sonra qüvvəyə minəcək.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət