Roma Statutu ratifikasiya olunacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, hökumətin Roma Statutunu parlamentə göndərdiyini və müzakirələrdən sonra ratifikasiya olunacağını bildirib.
“Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu yalnız Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır", - Paşinyan əlavə edib.
2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.
Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə rəsmi İrəvanın Rusiya rəhbərliyinin ölkəyə daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət