Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xaric işlər naziri Ararat Mirzoyan deyib .
“Biz beynəlxalq tərəfdaşlarla fəal işləyirik, əminəm ki, siz Beynəlxalq Məhkəmənin bəyanatlarını, çağırışlarını və təbii ki, qanuni qərarlarını izləyirsiniz. Azərbaycan konstruktiv sahəyə daxil olana qədər biz bu cür işi davam etdirməliyik, çünki biz uzunmüddətli sülh istəyirik. Biz qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını istəyirik”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, sülh sazişi ilə bağlı fikir ayrılıqları davam edir:
“Heç bir irəliləyişin olmaması ilə bağlı demək olmazdı. Ən mühüm məsələlərdə hələ də əsaslı fikir ayrılıqları var. Biz danışıqları, işi davam etdirməliyik. Daha böyük qarşılıqlı anlaşma şəraitində əvvəllər olmadığı kimi bir dialoq var. Biz müsbət siqnallar görürük, amma eyni zamanda bir daha demək istəyirəm ki, nəinki fikir mübadiləsi, konkret razılaşmalar həyata keçirilmir, hətta Azərbaycan rəhbərliyi ya fikrini dəyişir, ya da hazırda hansısa diplomatik oyun oynayır”.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır