Azərbaycan polisi və tibb işçiləri Qarabağın erməniəsilli sakinlərinə köməklik göstəriblər.
BUTA.TV Report-a istinadən xəbər verir ki, ərazidə xidmət aparan polislər içərisində erməniəsilli sakinlər olan avtomobilin yolun kənarında dayandığını görüblər. Dərhal Şuşa polisi köməklik məqsədilə avtomobilə yaxınlaşıb. Onlar avtomobilin içərisində olan iki erməniəsilli sakinin halının pisləşdiyini görüblər və əraziyə təcili tibbi yardım briqadası çağırıblar.
Dərhal əraziyə gələn tibb işçiləri erməniəsilli sakinlərə müvafiq yardımlar göstəriblər.
Daha sonra isə erməniəsilli sakinlər Xankəndidən Gorus istiqamətinə hərəkət ediblər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət