Ermənistan mediası separatçıların “başçılarının” necə həbs edilməsi ilə bağlı yeni iddialar irəli sürüb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, “Hraparak” nəşri Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanı Azərbaycana Rusiyanın təhvil verdiyini iddia edir. Nəşr yazır ki, ruslar bu separatçıları aldadıb.
“Əldə etdiyimiz məlumata görə, Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan son ana qədər sülhməramlıların qərargahında olub. Onlara sağ-salamat Ermənistana keçə biləcəklərinə dair vəd də verilib, lakin ruslar vədlərini yerinə yetirməyiblər. Araik əmin idi ki, isti münasibətdə olduğu ruslar onu Bakıya təhvil verməyəcək, lakin sonda heç nə gözlədiyi kimi olmadı”, - nəşr yazır.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət