2023-ci ilin yanvar-iyun aylarında Azərbaycanda lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.
BUTA.TV Valyuta.az-a istinadla xəbər verir ki, 6 marka üzrə yeni modellərin satışlarının ümumi sayı 1520 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2022-ci ilk yarısında bu rəqəm 767 ədəd təşkil edib. 2023-cü ilin ilk yarısında Yaponiya markası “Lexus” Azərbaycanda yeni modellərin satış həcminə görə lider olub - 424 ədəd.
Siyahıda ikinci olan BMW-nin satışları 2,8 dəfə artaraq 381 ədədə yüksəlib. “Mercedes” isə bu ilin 6 ayında 322 ədəd satışla bazar üzrə üçüncü (21.2% bazar payı) olub. Markanın satışları ötən ilin eyni dövrünə nisbətən 68% artıb.
Bu dövrdə “Land Rover”in satışları 2,3 dəfə artaraq 211-ə, “Audi”nin satışları 16,3% artaraq 114-ə, “Porsche”nin satışları isə 13,3% artaraq 68 ədədə çatıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət