Ərdəbil əyalətinin Parsabad (Muğan) bölgəsinin SEPAH komandiri Əli Pircahidi yerli sakinlərin qarşısında çıxışı zamanı əlindəki ratsiya ilə ABŞ Prezidenti Co Baydenlə “birbaşa danışdığını” iddia edib.
BUTA.TV xəbər verir ki, SEPAH komandirinin sözügedən çıxışı sosial media kanallarında geniş yayılıb.
“Axmaq, qoca Co Bayden, eşidirsən? Sənin islam inqilabına qarşı düşmənçilikdən əldə etdiyin yalnız fars dilini öyrənməyin oldu. Bu il ABŞ küçələrində əzadarlıq mərasimləri təşkil etdik, qarşıdakı il ABŞ şəhərlərində küçələrin adlarını dəyişəcəyik”, - o, “danışığı” zamanı deyib.
İranlı sosial media istifadəçiləri Pircahidinin ABŞ Prezidenti Co Baydeni təhdid etməsinə istehza ilə yanaşıb. Onun bu çıxışı isə müzakirə mövzusuna çevrilib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır