Biznes itkiləri artan “Xalq Sığorta” ən çox şikayət edilən sığorta şirkəti olub
Bu ilin sentyabr ayında Azərbaycan ən çox şikayət edilən şirkət “Xalq Sığorta” olub. “BUTA.TV” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, “Xalq Sığorta” avtomobillərin icbari sığortası üzrə 2,59 şikayət indeksi ilə siyahıda birinci olub.
Avqust ayında sığorta şirkətinin şikayət indeksi 1.76 olub. Başqa sözlə, son bir ayda sığorta şirkəti ilə bağlı şikayətlərin həcmi 47%-dən çox artıb.
Qeyd edək ki, son statistikalar “Xalq Sığorta”nın durumunun pisləşdiyini göstərir. Sığorta şirkətinin biznes itkiləri artmaqda davam edir. Təkcə bu ilin ilk səkkiz ayında “Xalq Sığorta”nın sığorta yığımları 11 milyon manatdan çox azalıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət