Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın növbəti məhkəmə prosesi keçirilir.
BUTA.TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmiş Hacıyev Bayram çıxış edib.
H.Bayram qeyd edib ki, o vaxt cavan idi, 20 yaşı var idi:
“Həmən günün səhəri hamı “Vaqif, Vaqif” deyirdi. Bir də kəndə səs yayıldı ki, Vaqifin dəstəsi gəlir. Kənd camaatı Vaqifi tanıyırdı. Amma mən əsgərlikdən təzə gəlmişdim deyə, Vaqifi şəxsdən tanımırdım”.
Vaqif cavab olaraq bildirib ki, orada olmayıb:
“Sən mənim adımı necə bilirsən? And içirəm ki, orada olmamışam. Sənin dədən Həsənlə çox yaxın olmuşam. Qadan alım, mən çox yaxşı biri olmuşam. Pis adam olmamışam”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət