Azərbaycanda son 1 həftə ərzində (23-29 oktyabr) koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 95 yeni yoluxma faktı qeydə alınıb.
COVİD-19-a yoluxan 149 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 050 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 588 nəfər müalicə olunaraq sağalıb, hazırda 106 aktiv xəstə var. Bu günə qədər 10 356 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 475, bu günə qədər isə ümumilikdə 7 703 250 test icra olunub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət