Türkiyədə separatçı-terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından məlumat yayıb.
Onun sözlərinə görə, altı vilayətdə eyni vaxtda keçirilən “Qəhrəmanlar - 30” əməliyyatı nəticəsində terrorçulara aid 63 sığınacaq məhv edilib, böyük miqdarda silah-sursat ələ keçirilib.
Silahlı pilotsuz uçuş aparatları, “Atak” helikopteri və bir çox digər hərbi texnikanın istifadə edildiyi əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı iştirak edib.
Əməliyyatların Şırnak, Siirt, Qəhrəmanmaraş, Diyarbəkir, Muş və Tunceli vilayətlərində keçirildiyi bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu ötən gündən bəri 3 şəhid verib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət