ABŞ Qəzza zolağındakı münaqişənin bölgəyə yayılmasının qarşısını almağa çalışacaq.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken BƏƏ-də jurnalistlərə açıqlamasında deyib.
“Biz açıq şəkildə bildirdik ki, 7 oktyabrda baş verənlərin bir daha təkrarlanmaması üçün İsraili dəstəkləyəcəyik. Eyni zamanda, biz bu səyləri həyata keçirərkən mülki əhalinin qorunmasına və humanitar yardımın bölgəyə çatmasını təmin etməyə önəm verdiyimizi də açıq şəkildə ifadə etmişik”, - Blinken bildirib.
Dövlət katibi Qəzza zolağında baş verən gərginliklə yanaşı, irəliləyən günlərdə baş verəcək prosesləri diqqətdə saxladıqlarını və bu məsələləri ərəb həmkarları ilə birgə müzakirə etdiyi də açıqlayıb:
“Qəzzada baş verənlər haqqında nə düşünürük? Bu necə idarə olunur? Təhlükəsizlik haradan qaynaqlanır? Yenidən qurmağa,yaratmağa necə başlayacağıq? Və daha da əhəmiyyətlisi, ədalətli və davamlı sülh yoluna necə çıxa bilərik? Biz hamımızı düşünürük. Bu suallar fələstinlilər üçün qurulacaq bir dövlətlə nəticələnməlidir”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət