Hacıqabul rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul rayonu Udulu kəndi ərazisində qeydə alınıb. VAZ markalı avtomobil iki əmioğlunu, Udulu kənd sakinləri - 18 yaşlı Pünhan Ehtiram oğlu Qocayev və 19 yaşlı Əli İlqar oğlu Qocayevi vurub. Pünhan Qocayev hadisə nəticəsində ölüb. Xəsarət alan Əli Qocayev isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır