Vacib məsələlərdən biri də Qarabağ separatçılarının İrəvanda “nümayəndəliyi”nin fəaliyyətini davam etdirməsidir. Həmin “nümayənədlik”də təxribaçı açıqlamalar verilir, toplantılar keçirilir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Nümayəndəlik”də toplaşanların hədəflərindən biri Ermənistan hökuməti, digəri Azərbaycandır. Ermənistan hökuməti həmin “nümayəndəliyi” yanvar ayının əvvəlində qapatmağı planlaşdırır. Radikal müxalifət Qarabağ klanı ilə birgə buna mane olmağa çalışacaq. Gələn ay İrəvanda ciddi qarşıdurma gözlənilir. Baş nazir Nikol Paşinyan anlayır ki, separatçıların “nümayəndəliyi”nin fəaliyyətini qadağan etməsə, bu, Azərbaycanla danışıqlara mənfi təsir edəcək, sülh sazişinin imzalanması yolunda əsas maneələrdən birinə çevriləcək”, - politoloq vurğulayıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət