Bu gün biz bütün postsovet dövründə Ermənistan-Rusiya münasibətlərində ən kəskin böhranın şahidi oluruq.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Krılov erməni mediasına müsahibəsində deyib.
O qeyd edib ki, əvvəllər heç vaxt belə bir şey olmamışdı:
“Müttəfiqlik münasibətlərinin pozulması ehtimalını heç kim inkar edə bilməz. Ermənistan rəhbərliyi öz siyasətində Qərb vektorunu hər cür inkişaf etdirmək və Rusiya vektorunu məhdudlaşdırmaq istəyini nümayiş etdirir - o cümlədən KTMT də daxil olmaqla, ən yüksək səviyyədə keçirilən sammitlərdə iştirak etməməklə. Amerika administrasiyasının nümayəndələri bəyan ediblər ki, Rusiyanın hərbi mövcudluğu Ermənistanın uğurlu inkişafına mane olur. Avropa Birliyi ölkələri də bununla razılaşır”.
O bildirib ki, əgər Ermənistan rəhbərliyi kollektiv Qərbin xeyrinə seçim edərsə və Ukrayna yolu ilə gedirsə, o zaman Rusiya qoşunlarının və sərhədçilərinin bu dövlətin ərazisindən çıxarılmasından başqa perspektiv olmayacaq.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət