Ən yeni rus bombardmançısı PAK DA-nın sınaqdan keçirilməsi üçün stend hazırlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Techkult"un məlumatında bildirilib.
Məlumata görə, uzaqmənzilli bombardmançı təyyarənin elementlərinin sınaqdan keçirilməsi üçün nəzərdə tutulan sınaq bazasında elmi işlər və hesablamalar yekunlaşıb.
Bildirilib ki, gələcək təyyarənin bütün hissələrinin, komponentlərinin sınaqları aparılacaq.
Yeni təyyarə "Tupolev" şirkətinin mühəndisləri tərəfindən yaradılır. Tu-95MS turbopropunu əvəz edəcək və Tu-160-ı keyfiyyətcə tamamlayacaq olan bombardmançı təyyarə 2027-ci ilə kimi istifadətə veriləcək.
Təyyarənin hazırlanmasında müasir texnologiyalardan istifadə ediləcək və "uçan qanad" formasında hazırlanacaq və 30 tona qədər müxtəlif silahları daşıya biləcək.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət