Türkiyə Superliqasının 15-ci turunda "Rizəsppor"la oyundan (1:1) sonra hakim Xəlil Meleri yumruqla vuran “Ankaragücü”nün sabiq prezidenti Faruk Qoca həbsdən buraxılıb.
BUTA.TV xəbər verir ki, F.Qocanın vəkilləri istintaqın davam etdiyi müddət ərzində onun həbsdə qalmasına etiraz ediblər.
Etirazı dəyərləndirən Ankara Ağır Cəza Məhkəməsi F.Qocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib.
Hakimin döyülməsinə görə F.Qoca ilə birlikdə həbs edilən Yunus Şahin və Kenan Çetinkayanın həbsi isə davam edir.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır