Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə səfərbərliklə bağlı yaşanan problemlərdən dolayı xaricdə hərbi çağırış yaşında olan ukraynalıları ölkəyə qayıtmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Estoniyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, Ukraynada xidmət təkcə cəbhə üçün deyil, bütün ölkə sakinləri üçün vacibdir:
"Əgər onlar hərbi xidmətə çağırış yaşındadırlarsa, Ukraynaya kömək etməlidirlər və Ukraynada olmalıdırlar. İndi mən cəbhədə kimin olması barədə danışmıram.
Əgər xaricdəsinizsə və hərbi xidmətə çağırış yaşındasınızsa, cəbhədə deyilsinizsə, vergi ödəmirsinizsə, qanundan kənar səfərlər etmisinizsə, o zaman suallar yaranır”, - o əlavə edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət