Gürcüstan regional əlaqələrin şaxələndirilməsi və möhkəmləndirilməsi kimi ümumi məqsədə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Ermənistandakı səfirliyi İrəvanın təklif etdiyi “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinə Tiflisin baxışını şərh edərkən bildirib.
“Qafqazın kommunikasiyalar üçün həyati əhəmiyyət kəsb edən region olaraq strateji əhəmiyyətini qəbul edirik. Gürcüstan regional əlaqələrin şaxələndirilməsi və möhkəmləndirilməsi kimi ümumi məqsədimizə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır. Regional sabitliyə, iqtisadi artıma və əlaqələrin genişlənməsinə töhfə verən təşəbbüsləri dəstəkləyirik”, - məlumatda deyilir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət