Rusiya Federasiyası Ermənistana düşmən ölkədir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının lideri Aram Sərkisyan deyib.
“Rusiya Xarici İşlər Nazirliyinin Sünikdən (Zəngəzur – red.) keçən tranzit yollarla bağlı açıqlaması İrəvanın deyil, bizə düşmən olan ölkənin maraqlarına xidmət edir. Yəni Rusiya da düşmən ölkədir. Bu səbəblə Sünikdən rus konsulluğu çıxarılmalı, ümumiyyətlə, Rusiya kapitalının bölgədə varlığına son qoyulması prosesinə başlanılmalıdır”, - A.Sərkisyan bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzur dəhlizinin Ermənistan üçün faydalı layihə olduğunu, bu məsələ ilə bağlı Azərbaycanla razılıq əldə olunsa da, İrəvanın öhdəliyi yerinə yetirmədiyini deyib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət