Xaçmaz rayonu, İstisu qəsəbə tam orta məktəbinin sinif otağına yağış sularının axması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar məktəb binasına baxış keçirilib.
BUTA.TV xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev sözügedən məktəb binasının mövcud vəziyyəti ilə tanış olublar.
Məlumat verilib ki, məktəbin mövcud binası 1939-cu ildə istifadəyə verilib və hazırda yararsız vəziyyətdədir. Bu səbəbdən də binada tədrisin təşkilində bir sıra çətinliklər yaranıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bildirib ki, yaxın vaxtlarda İstisu qəsəbəsində yeni məktəb binası inşa olunacaq. Bu müddət ərzində şagirdlər öz təhsilllərini Xudat şəhər 4 saylı tam orta məktəbində davam etdirəcəklər. Şagirdlərin Xudat şəhərinə gedib gəlməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılacaq.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət