Bu cür ritorika, Qərbin Azərbaycana qarşı bu cür addımları yaxın gələcəkdə də aktiv şəkildə davam edəcək. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin yekun sülh müqaviləsi formasında rəsmiləşdirilməsində maraqlı olmayan xeyli sayda qüvvə, şəxs, struktur var.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991), politoloq Andrey Fyodorov deyib.
“Onlar həddindən artıq suveren ölkə olan Azərbaycanın mövqelərinin daha da güclənməsinə imkan vermək istəmirlər. Bu gün Ermənistanla bağlı vəziyyət çox çətindir. Çünki Ermənistan rəhbərliyi bundan sonra nə edəcəyini və hansı istiqamətə gedəcəyini hələ müəyyənləşdirməyib. Ermənistan artıq KTMT-yə üzvlük məsələsini sual altına alıb. Qərb həqiqətən Ermənistana təhlükəsizlik zəmanəti verə və onu silahlandıra bilər. Amma bu, amerikalıların dəfələrlə danışdıqları məsələnin həllini tələb edir - Ermənistanın KTMT-dən çıxması. Və bu strukturdan çıxmaq avtomatik olaraq Rusiya hərbi bazasının Ermənistanın Gümrüdən çıxarılmasını nəzərdə tutur. Baza olmasa, Rusiya Ermənistan ərazisində təhlükəsizliyin təminatçısı kimi olmayacaq”, - politoloq bildirib.
Fyodorov qeyd edib ki, nə qədər ki Ukrayna var, Cənubi Qafqaz Qərbin əsas gündəmində deyil:
“Ancaq Borrell kimi fərdi adamlar vaxtaşırı “Azərbaycan məsələsi”ni qaldıracaqlar. Əlbəttə ki, Borrell Avropa diplomatiyasının rəhbəri kimi şəxsi nöqteyi-nəzərini çatdırmır. O, Böyük Britaniya (? – red.) və Fransanın maraqlarını əks etdirir”.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır