Rusiyanın İl-76 təyyarəsi havada partlayışdan sonra Belqorod vilayətində qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bunu BİLD nəşrinin hərbi eksperti Yulian Röpke qəzanın videosunu şərh edərkən deyib.
“Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-76 təyyarəsi Ukrayna ilə sərhəd yaxınlığında, Belqorod vilayətində qəzaya uğrayıb, havada baş verən partlayışdan sonra alovlanıb və parçalanmağa başlayıb. İndi Rusiya və Ukrayna mənbələri İl-76-nın vurulduğunu bildirir. Yerli sakinlərin niyə səmada “ucadan nəsə” eşidib, mobil telefonlarını çıxarıb fəlakəti videoya çəkdiklərini başqa cür izah etmək mümkün deyil. Düzgün görürəmsə, qəzadan əvvəl gövdə parçalanır və kabin təyyarənin qalan hissəsindən uzaqlaşır. Bunun baş verməsi üçün havada kifayət qədər güclü partlayış baş verməlidir”, - o bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət