Avropa Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentinə namizəd olmaq planından imtina etdiyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” (Financial Times) məlumat yayıb.
Mişel bildirib ki, Avropa Parlamentinə seçkilərdə iştirakından Avropa Şurasını parçalanması üçün istifadə edilməsini istəmir.
Qeyd edək ki, Mişel 2019-cu ilin dekabr ayından Avropa Şurasının prezidenti vəzifəsini icra edir. O, seçkilərə qatılacağı halda vəzifəsindən vaxtından əvvəl istefa verməli idi. Bu isə Macarıstan Baş naziri Orbanın 6 ay müddətinə AŞ Prezidenti vəzifəsini icra etməsinə yol aça bilərdi və bunu etirazla qarşılayanlar vardı.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət