AŞPA-da Azərbaycan əleyhinə səs verməklə səsvermədə iştirakdan imtina arasında çoxmu fərq var? Çünki səsvermədə iştirakdan imtina əleyhdarlarımızın mövqeyini gücləndirib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı səsvermənin nəticələri haqda qeyd edib.
O bildirib ki, Azərbaycanı dost və tərəfdaş adlandıran bir qisim ölkənin nümayəndə heyəti bu səsvermədə iştirakdan imtina edib:
“Görünür, bununla həmin nümayəndə heyətləri nə AŞPA-da Azərbaycan əleyhinə məsələ qaldıran mərkəzlər, nə də Azərbaycan nümayəndə heyəti ilə üz-göz olmaq istəyiblər. Misal üçün, tərəfdaşımız olan Gürcüstanın nümayəndə heyəti Azərbaycanla bağlı səsvermədə iştirak etməyib, nə “hə”, nə “yox” deyib. Bu taktikadan müxtəlif məsələlərlə bağlı AŞPA-da demək olar ki, hamı istifadə edir”.
Qeyd edək ki, 24 yanvarda AŞPA-da Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsində cəmi 90 deputat iştirak edib - 76 nəfər qərarın lehinə, 10 nəfər əleyhinə səs verib, 4 nəfər də bitərəf qalıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət