“Əqrəb mövsümü” serialında canlandırdığı detektiv Kənan Orucov obrazı ilə daha da məşhurlaşan Hikmət Rəhimov “Apatiya” filmi ilə izləyicilərinin görüşünə gəlir.
Kult.az xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Hikmət Rəhimovdur.
Ekran işində Azər Aydəmir, Tural Baxış, Şəhla Əliyeva, Elşən Əsgərov kimi məşhur aktyorlar rol alıb.
Fevralın 9-dan bütün kinoteatrlarda nümayiş ediləcək filmin qala gecəsi də eyni tarixdə, saat 19:30-da Alov Qüllələrində baş tutacaq.
Filmin qala gecəsinə biletləri “Park Cinema”nın saytından əldə etmək olar.
Qeyd edək ki, bu, rejissorun sayca ikinci tammetrajlı filmidir.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır