Son dövrlərdə baş verən hadisələri yaxından izləyirəm. Beynəlxalq təşkilatların, bəzi ölkələrin Azərbaycana təzyiqinin şahidi oluruq. Biz bunu qəti şəkildə qınayır və pisləyirik.
BUTA.TV xəbər verir ki, bunu İsrailin Bakıdakı səfiri Corc Dik Azərtac-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini şərh edərkən deyib.
"Məsələ burasındadır ki, İsrail də mütəmadi olaraq təzyiqlərə məruz qalır. Çox təəssüf ki, iki ölkə olaraq eyni taleyi yaşayırıq.
Ümid edirik ki, təzyiqlərdən müdafiə olunmağın mexanizmlərini, yollarını müəyyənləşdirib birgə irəli addımlaya biləcəyik", - səfir qeyd edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət