"Qarabağ" matça çox yaxşı hazırlaşmışdı. Hətta qələbə qazana da bilərdi.
BUTA.TV xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer" matçından sonra qonaqların üzvü Florian Virtz almaniyalı jurnalistlərə açıqlamasında bildirib.
Almaniya millisinin üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını vurğulayıb:
"Qarabağ" ilk hissədə möhtəşəm oyun sərgilədi. Layiq olduqları 2 qolu vurdular. İkinci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır