Naxçıvanın Ordubad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Mehdi Ramazan oğlu Bağırovun idarə etdiyi "Hunday" markalı avtomobil yoldan çıxaraq Düylün çayının məcrasına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan bir ailənin 3 üzvü - 1965-ci il təvəllüdlü Cəlil Salman oğlu Salmanov, 1966-cı il təvəllüdlü Mailə Alı qızı Salmanova və 1992-ci il təvəllüdlü Toğrul Cəlil oğlu Salmanov xəsarət alıblar.
Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət