Rusiyanın Baş naziri Mixail Mişustin müavinlərinə Moskva və Bakı arasındakı danışıqlarda əldə olunmuş razılaşmaların icrasına nəzarət etməyi tapşırıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, baş nazir müavinləri ilə keçirdiyi iclasda 5-6 mart tarixlərində Azərbaycana səfərinin nəticələrini də müzakirə edib.
M.Mişustin Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirib.
“Həmkarlar, nəzarət etdiyiniz ərazilərdə azərbaycanlı həmkarlarımızla əldə olunmuş razılaşmaların necə icra olunduğunu diqqətlə izləyin”, – baş nazir iclasda qeyd edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət