İran hökumətinin Azərbaycanda milli və dini zəmində münaqişə və gərginlik yaratmaq cəhdlərinin davamında martın 12-də Tehran Universitetində daha bir tədbir keçirilib.
BUTA.TV xəbər verir ki, tədbir barədə İran mediası məlumat yayıb.
Tədbir İranın Beynəlxalq Ali Araşdırmalar Mərkəzinin Tehran Universitetinin İranşünaslıq Mərkəzinin əməkdaşlığı ilə baş tutub.
Tədbirlə bağlı yayılan elan və afişada yenidən Azərbaycan Respublikasının adı təhrif edilərək “Bakı Respublikası”nda və xaricdə yaşayan talışların ictimai və mədəni vəziyyəti” sözləri yazılıb.
Qeyd edək ki, bundan əvvəl martın 10-da Rəşt şəhərinin Azad İslam Universitetində "Talış İran mədəniyyəti və tarixinin aynasında” mövzusunda Azərbaycana qarşı konfrans keçirilmişdi.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət