Sabah Almaniyada bizi güclü rəqiblə maraqlı oyun gözləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
32 yaşlı qolkiper bildirib ki, Leverkuzen təmsilçisi ilə görüşə yüksək motivasiya ilə çıxacaq:
"Sabah əlimizə düşən fürsətlərdən maksimum istifadə edəcəyik. Mənim üçün hər oyun vacibdir. Hansı komanda ilə rəqib olmağımızdan asılı olmayaraq, hər görüşə ciddi hazırlaşıram. Rəqibi yaxşı analiz etmişik. Dördüncü dəfədir ki, bu komanda ilə qarşılaşacağıq. Düşünürəm ki, onların oyun üslubuna yaxşı bələdik".
Qeyd edək ki, komandalar arasında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk matç 2:2 hesabı ilə yekunlaşıb. Cavab görüşü martın 14-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət