İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenin Rəfahda hərbi əməliyyat planlarını müzakirə etmək üçün Vaşinqtona nümayəndə heyəti göndərmək təklifini qəbul edib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
Onun sözlərinə görə, Amerika prezidenti Netanyahudan Rəfahdakı vəziyyəti müzakirə etmək üçün ABŞ paytaxtına idarələrarası qrup göndərməyi, həmçinin böyük quru əməliyyatı keçirmədən alternativ yanaşma planlaşdırmağı xahiş edib.
"Baş nazir (Netanyahu - red.) razılaşıb. Bu məsələni müzakirə etmək üçün Vaşinqtona bir qrup göndərəcək", - Sallivan deyib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət