Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov növbəti dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.
Bildirilib ki, səfir Rusiyadakı seçkilər üçün Dnestryanı bölgədə məntəqələrin açılması səbəbindən XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub.
Eyni zamanda, Rusiyanın Moldova səfirliyinin əməkdaşlarından biri "persona non grata" elan olunub və ölkəni tərk etməsi tələb edilib.
Qeyd edək ki, martın 11-də də Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət