Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin klub-icma mərkəzində Novruz bayramı münasibətilə şənlik və bayram konserti təşkil olunub.
Kult.az xəbər verir ki, klub-icma mərkəzdə təşkil olunmuş tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif musiqi parçaları səsləndirilib.
Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızının iştirakı ilə ruh yüksəkliyi yaradıb. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Uşaqların üz boyanması ilə sonlanan tədbir onların bayram əhvali-ruhiyyəsini daha artırıb, bu günü onlar üçün unudulmaz edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət