Rusiyaya məxsus “Kapitan Lobanov” trol gəmisi təlim zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin raketi ilə vurulub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın müxalif “Dojd” telekanalı iddia yayıb.
Bildirilib ki, vurulduqdan sonra “Kapitan Lobanov” Kalininqrad vilayətində Pionerskoye yaxınlığında batıb.
“Dojd” ekipaj üzvünün qohumuna istinadən xəbər verib ki, martın 19-da raketin gəmiyə dəyməsi nəticəsində 3 ekipaj üzvü həlak olub, 4-ü yaralanıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Kalininqrad vilayətinin administrasiyası gəminin göyərtəsində yanğının baş verdiyini və hadisə nəticəsində bir nəfərin öldüyünü bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət