Problem ondadır ki, sərhəd çəkilməlidir; qoşunlarda güzgü hərəkəti olacaq, sərhəd qoşunları bu ayırıcı xətt üzərində dayanacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan Tavuşdakı 7 Azərbaycan kəndindən anklav olmayan 4-nün qaytarılması haqda danışarkən deyib.
“Seyran Ohanyan (sabiq müdafiə naziri, hazırda müxalifətdədir – red.) yüksək səslə Tavuş sakinlərinə hansı təhlükələrin ola biləcəyini izah etdi. Yaxşı olardı ki, Seyran Ohanyan eyni tonda izah etsin ki, biz sülhə aparan məntiqə əməl etməsək, nələr baş verə bilər: bizim olan bizimdir, onlara aid olan isə onlarındır”, - o bildirib.
O, Petros Kazaryanın problemin azərbaycanlıların götürdüklərini geri qaytarmaması ilə bağlı olduğu haqda sözlərinə bu cür reaksiya verib:
“Biz də (azərbaycanlılardan – red.) çox şey götürdük, geri verməyəcəyimizi söylədik. Nə oldu? Bu, son nəticədə beynəlxalq hüquqa əsaslanmalıdır”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət